Azərbaycan.media xəbər verir ki, Bakının Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
DİN-in məlumatına görə, Dərnəgül ərazisində baş verən yanğınla əlaqədar polis əməkdaşları da hadisə yerinə cəlb edilib. Vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, eləcə də yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən, yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən yol hərəkətinin tənzimlənməsi və yaranmış sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
