Azərbaycan.media xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunda qarın təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Hazırda arenanın ot örtüyünün oyun üçün tam hazır vəziyyətə gətirilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Qeyd edək ki, ötən gün güclü yağıntı səbəbindən stadionun ot örtüyü qar altında qalmışdı.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması bu gün saat 21:45-də start götürəcək.
Oxundu: 48
