🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ziya Bünyadov prospektindəki yanğın nəqliyyat sıxlığına səbəb oldu – polis tədbirlər görür

Azərbaycan.media xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar.

Ərazidə vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi, eləcə də yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün zəruri operativ tədbirlər həyata keçirilir.

Bildirilib ki, baş vermiş yanğın səbəbindən Ziya Bünyadov prospektinin yaxınlığında, xüsusilə metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.