Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlər saxta xəbərlər yayan media subyektləri arasında narahatlığın artdığını bildirib.
Onun sözlərinə görə, dezinformasiya təkcə media etikası baxımından deyil, həm də milli təhlükəsizlik nöqteyi-nəzərindən ciddi təhlükə hesab olunur: “Bəzi şəxslər qəsdən saxta məlumatlar yayırlar və bunun qarşısının alınması üçün müvafiq addımlar atılır”.
Rəşad Məcid qeyd edib ki, bəzən də saxta xəbərlər bilmədən yayılır və bu problemin həlli əsasən media savadlılığının artırılmasından keçir. O vurğulayıb ki, jurnalistlərin və media nümayəndələrinin məsuliyyətli davranışı cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
