Azərbaycan.media xəbər verir ki, Xalq artisti, görkəmli xanəndə Arif Babayevin qəbirüstü abidəsinin hazırlanması nəzərdə tutulur.
Bu barədə APA-ya mərhum sənətkarın oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, hazırda hava şəraiti ilə əlaqədar olaraq işlərə başlanılmayıb, lakin yaxın günlərdə büstün hazırlanması istiqamətində prosesə start veriləcək.
Yaşar Babayev bildirib ki, qəbirüstü abidə ailənin şəxsi vəsaiti hesabına hazırlanacaq.
Qeyd edək ki, Xalq artisti Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.
