🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda buzlu yollar qəzaya səbəb oldu: avtomobil aşıb

Azərbaycan.media xəbər verir ki, gecə saatlarında Bakıda yolların buz bağlaması səbəbindən yol-nəqliyyat hadisələri qeydə alınıb.

Belə hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Bakı Beynəlxalq Avtovağzalının qarşısında donmuş yolda sürüşən avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb və nəticədə banı üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.