Azərbaycan.media xəbər verir ki, 63 yaşlı həkim Şükürov Elbrus Allahverdi oğlu dünən axşam saatlarında ürəktutmadan dünyasını dəyişib.
E. Şükürov 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 1986-1987-ci illərdə Təcili Tibbi Yardım xəstəxanasında anesteziologiya-reanimatologiya üzrə internatura keçib. 1987-1991-ci illərdə Əli-Bayramlı Mərkəzi Xəstəxanasında anestezioloq kimi çalışıb, 1991-ci ildən isə Milli Onkologiya Mərkəzinin Anesteziologiya şöbəsində fəaliyyət göstərib.
Allah rəhmət eləsin!
