🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ANAMA İdarə Heyəti İctimai şura üzvləri ilə 2026-cı il planlarını müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai şuranın üzvləri ilə görüş keçirib.

Görüş zamanı 2026-cı ildə həyata keçiriləcək layihələr, yeni təşəbbüslər və fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin partlayıcı sursatların təhlükəsi barədə maarifləndirmə tədbirləri, digər aidiyyəti qurumlarla əməkdaşlıq və mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması imkanları müzakirə olunub.

Bildirilir ki, fevral ayında İctimai şura üzvlərinin Xankəndi, aprel ayında isə Laçın rayonuna səfərləri nəzərdə tutulur. Səfər çərçivəsində ANAMA-nın əməliyyat sahələri, minatəmizləmə işlərinə cəlb olunan özəl şirkətlər, agentliyin mobil bazaları ilə tanışlıq və köç edən əhali ilə maarifləndirici görüşlər planlaşdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi və təkliflərin dinlənilməsi baxımından səmərəli olub.