🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yanvarın 21-i: Ölkə ərazisində qar və sulu qar davam edir, temperatur aşağıdır

Azərbaycan.media xəbər verir ki, yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, sulu qar və qar yağıb.

Yağan qarın hündürlüyü:

  • Lerik – 116 sm, Astara (dağlıq) – 70 sm, Yardımlı – 49 sm, Əlibəy (Zaqatala) və Kəlbəcər – 42 sm, Şahbuz – 32 sm, Sarıbaş (Qax) – 28 sm, Şuşa – 27 sm, Kişçay (Şəki) – 24 sm, Xızı – 22 sm, Xankəndi və Qrız – 20 sm, Xaltan – 18 sm, Cəlilabad – 16 sm, Laçın və Qubadlı – 15 sm, Lazada (Qusar) – 15 sm, Şamaxı və Şirvan – 13 sm, İvanovka (İsmayıllı) və Xınalıq – 12 sm, Xocalı, Qobustan və Şərur – 10 sm, Şahdağ və Biləsuvar – 9 sm, Quba və Gədəbəy – 8 sm, Füzuli və Oğuz – 7 sm, İmişli və Naxçıvan – 6 sm, Daşkəsən, Qəbələ və Sədərək – 5 sm, Tərtər, Ağdam və Göyçay – 3 sm, Ceyrançöl – 2 sm, Ordubad, Ağsu, Bərdə və Naftalan – 1 sm.

Düşən yağıntının miqdarı (mm):
Beyləqan və Lənkəran – 24, Bakı və Abşeron yarımadası – 15, Sabirabad – 13, Astara – 12, Kürdəmir – 9, Tovuz, Zərdab və Mingəçevir – 6, Balakən və Yevlax – 5, Gəncə və Şəmkir – 4, Ağstafa və Neftçala – 3, Şabran – 2, Göygöl – 1 mm.

Görünüş məsafəsi:
Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Minimal temperatur:
Bakıda və Abşeron yarımadasında – 1°, Aran rayonlarında – 2°, Naxçıvan MR-da – 15°, dağlıq rayonlarda – 9°, yüksək dağlıq ərazilərdə – 18° şaxta.

Milli Hidrometeorologiya Xidməti bildirir ki, yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşməsi, 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçməsi, temperaturun tədricən yüksəlməsi və mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.