Azərbaycan.media xəbər verir ki, 3 gün davam edən intensiv qar Lerik rayonunda bu gün səngiyib.
Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov bildirib ki, qalan kəndlərin elektrik enerjisi ilə təmin olunması bu gün ərzində başa çatdırılacaq.
“Magistral yollarımız təmizdir. Kənd yollarında çətinliklər hələ davam edir. Məktəblər qaydalara uyğun şəkildə işləyir. Təcili Tibbi Yardım Xidmətinə müraciət daxil olmayıb”, – deyə H.Məlikov əlavə edib.
