Azərbaycan.media xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev saxlanılıb.
Onun üzərindən ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalar göstərib ki, S. Əliyev narkotik vasitələri satış məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb və şübhəli şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
