🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paytaxtda şaxta və buzlanma gözlənilir – sürücülərə tövsiyələr

Azərbaycan.media xəbər verir ki, paytaxtda gecə saatlarında havanın şaxtalı olacağı proqnozlaşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək diqqətli olmalarını tövsiyə edib.

Qeyd olunub ki, bəzi yollar buz bağlayacaq və sürüşmə ehtimalı artacaq. Bu səbəbdən sürücülər nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməkdən çəkinməli, nasazlıq və ya problem yaranarsa, avtomobili dərhal yolun kənarına çəkməlidirlər.

Yollarda təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi müvəqqəti olaraq endiriləcək.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarını mütəmadi olaraq məlumatlandıracaq.