Azərbaycan.media xəbər verir ki, Ukrayna və ABŞ sülhün əldə olunması üçün səylər göstərir və bu istiqamətdə irəliləməyə davam edir. Lakin prosesin taleyi əsasən təcavüzkar ölkə olan Rusiyanın mövqeyindən asılıdır.
Bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov səsləndirib. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas sual prosesin hansı nöqtədə olmasıdır.
“Ən maraqlı sual budur: indi haradayıq? Ümid etmək istəyirəm ki, biz müharibənin fundamental həlli yolundayıq. Hamıya bir daha xatırlatmaq istəyirəm ki, bu, İkinci Dünya müharibəsindən bəri Avropada baş verən ən qanlı və ən dəhşətli müharibədir və şübhəsiz ki, ən qanlı müharibələrdən biridir”, – deyə Budanov bildirib.
O, eyni zamanda vurğulayıb ki, yaxın zamanda sülhün əldə olunacağına dair qəti zəmanət vermək mümkün deyil və “sabah sülh gələcək” demək doğru olmaz.
