Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq olan ərazilər bunlardır:
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində
-
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə
-
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər
-
“Ukrayna” dairəsi, “Əhmədli” metro stansiyası istiqamətində
-
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində
-
Sabunçu–Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində
-
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində
-
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində
Sürücülərdən mümkün qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
