🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağsu rayonunda zəlzələ olub

Azərbaycan.media xəbər verir ki, Pirqulu stansiyasından 13 kilometr cənubda, Ağsu rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 3 bal gücündə hiss olunub.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 01:52-də baş verib. Yeraltı təkanın maqnitudası 3,3 olub, zəlzələ ocağı isə 7 kilometr dərinlikdə yerləşib.