🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna Azərbaycana təşəkkür etdi: energetika sahəsinə növbəti humanitar yardım göndərildi

Azərbaycan.media xəbər verir ki, Ukraynanın energetika sahəsinə göstərilən növbəti humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edilib.

 Ukraynanın baş nazirinin müavini, energetika naziri Denis Şmıqal Azərbaycan tərəfindən Ukraynaya bir milyon dollar dəyərində yeni enerji avadanlığının bağışlandığını açıqlayıb.

“Azərbaycan Respublikası enerji sektoru üçün Ukraynaya təxminən bir milyon dollar dəyərində daha bir humanitar yardım göndərib. Azərbaycan Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova göstərdikləri dəstək və həmrəyliyə görə minnətdaram”, – deyə Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, bu əhəmiyyətli dəstək davamlı hava zərbələri şəraitində Ukraynanın enerji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı sahəsində humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların dəyəri artıq 45 milyon ABŞ dollarını ötüb.