Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı planlaşdırılır.
Bu barədə Donald Tramp özü məlumat verib. Ağ Evdə keçirilən mətbuat konfransı zamanı ABŞ prezidenti Türkiyə lideri ilə vacib telefon danışığının baş tutacağını vurğulayıb.
“Çox bəyəndiyim prezident Ərdoğanla çox vacib bir telefon danışığım olacaq”, – deyə Donald Tramp bildirib.
