🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xankəndiyə Böyük Qayıdış: ilk mərhələdə 36 ailə köçürüldü

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir.

Bu çərçivədə ilk mərhələdə Xankəndi şəhərinə ümumilikdə 36 ailə, yəni 162 nəfər köçürülüb. Köçürülən ailələrin yaşayış yerləri aşağıdakı kimidir:

  • Bakı şəhərindən – 15 ailə (63 nəfər)

  • Ağcabədi rayonundan – 4 ailə (18 nəfər)

  • Bərdə rayonundan – 4 ailə (17 nəfər)

  • Abşeron rayonundan – 3 ailə (16 nəfər)

  • Goranboy rayonundan – 3 ailə (14 nəfər)

  • Ağdam rayonundan – 2 ailə (11 nəfər)

  • Sumqayıt şəhərindən – 2 ailə (7 nəfər)

  • Gəncə şəhərindən – 1 ailə (6 nəfər)

  • Şəmkir rayonundan – 1 ailə (5 nəfər)

  • Tərtər rayonundan – 1 ailə (5 nəfər)

Beləliklə, 21 yanvar 2026-cı il tarixində həyata keçirilən bu köç də nəzərə alınmaqla, indiyədək 1 şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 6 633 ailə, yəni 26 513 nəfər daimi məskunlaşdırılıb.

Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşayış və sosial infrastrukturun bərpası, məşğulluğun təmin olunması istiqamətində işlər davam etdirilir.