🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda ötən il kolbasa istehsalı artıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanda 33 min 321,6 ton kolbasa məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,3 faiz artım deməkdir.

Yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 21,1 ton təşkil edib ki, bu da bir il öncəki göstəriciyə nisbətən 2,8 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda ümumilikdə 4 milyard 991,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,1 faiz artım deməkdir.