🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqları göndərib

Azərbaycan.media xəbər verir ki, humanitar yardım məqsədilə nəzərdə tutulmuş növbəti elektrik avadanlıqları yükü Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb.

Yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2026-cı il tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.

Humanitar yükə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan yardımın ümumi dəyəri 1 milyon dollar təşkil edir.

Qeyd olunur ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon dolları ötüb.