🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda iki bacı dəm qazından zəhərlənərək ölüb

Azərbaycan.media xəbər verir ki, Bakının Qaradağ rayonunda iki bacı yaşadıqları evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisə gecə saatlarında Ələt qəsəbəsində baş verib. 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.