🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xankəndi şəhərinə ilk köç yanvarın 21-də başlayacaq

Azərbaycan.media xəbər verir ki, Xankəndi şəhərinə yanvarın 21-də ilk köçün həyata keçirilməsi planlaşdırılır.

Məlumata görə, hazırda ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşan və çətin şəraitdə yaşayan keçmiş məcburi köçkünlərin bir qismi Xankəndi şəhərinə köçürüləcək.

Qeyd edək ki, dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutub. Köç prosesi mərhələli şəkildə davam etdirilir.