Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz saatlarında zəifləyəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz isə 2–4 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75–85 faiz olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı, sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gün ərzində yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 2–6 dərəcə şaxta, gündüz 3–6 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 10–15 dərəcə, yüksək dağlıq ərazilərdə isə 17–22 dərəcə şaxta, gündüz saatlarında 3–8 dərəcə şaxta qeydə alınacaq.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal edilir.
