🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azadlıq uğrunda can verən qəhrəmanların xatirəsi Ukrayna ilə Azərbaycan arasında həmrəyliyi möhkəmləndirir

Azərbaycan.media xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı sosial şəbəkə hesabında başsağlığı mesajı yayımlayıb.

Mesajda Azərbaycan xalqı ilə həmrəylik ifadə olunaraq, günahsız qurbanların əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyildiyi bildirilib.

Qeyd olunub ki, azadlıq uğrunda öz həyatlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycan xalqlarını birləşdirir, eyni zamanda xalqlar arasında qarşılıqlı dostluq münasibətlərini daha da möhkəmləndirir. Vurğulanıb ki, bu dostluq suverenlik, ərazi bütövlüyü, müstəqillik və insan ləyaqətinin qorunması kimi fundamental dəyərlər üzərində qurulub.