🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Makronu Fransa şərab və şampanlarına 200 faiz rüsumla hədələyib

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampan məhsullarına 200 faiz həcmində rüsum tətbiq etməklə hədələyib.

Bu barədə “Blumberq” agentliyi yazıb. Bildirilir ki, Tramp bu açıqlamanı jurnalistlərin Makronun Qəzza üzrə yaradılması nəzərdə tutulan Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyi ilə bağlı sualından sonra verib.

ABŞ prezidenti bildirib ki, Makronun mövqeyi onun üçün əhəmiyyət daşımır və rüsum məsələsini təzyiq aləti kimi gündəmə gətirib. Trampın sözlərinə görə, Fransa prezidenti tezliklə vəzifəsini tərk edəcək və bu səbəbdən təsir imkanları məhduddur.

Qeyd edək ki, Emmanuel Makronun ikinci prezidentlik müddəti gələn il başa çatır və o, növbəti prezident seçkilərində iştirak etməyəcəyini artıq açıqlayıb. Donald Tramp isə Qəzza üzrə Sülh Şurasının yaradılması barədə yanvarın 16-da elan edib. Elə həmin gün Şuranın İcraiyyə Komitəsi təqdim olunub. Komitəyə ABŞ Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer daxildir.