🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Litva Prezidenti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycan.media xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini yad edib.

 Litva Prezidenti bununla bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, Litva 1990-cı ilin yanvarında sovet təcavüzü zamanı şəhid olmuş günahsız insanların müqəddəs xatirəsini yad edən Azərbaycanın yanındadır.

Gitanas Nauseda bildirib ki, sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilməyib və 20 Yanvar şəhidlərinin xatirəsi daim ehtiramla anılacaq: “Şəhidlərin ruhları şad olsun”, – deyə paylaşımda vurğulanıb.