Azərbaycan.media xəbər verir ki, Yaponiyanın cənub-qərbində göyərtəsində üç nəfərin olduğu helikopter radarlardan itib.
Bu barədə Yaponiya mediası xəbər yayıb. Bildirilir ki, bəzi məlumatlara əsasən, itkin düşən helikopter ekskursiya məqsədilə istifadə olunub.
Hazırda helikopterin Nakadake krateri – Aso vulkanının aktiv krateri yaxınlığında itib-batdığı ehtimal olunur. Əraziyə müvafiq qurumlar cəlb olunub və axtarış-xilasetmə işləri aparılır.
Oxundu: 23
