🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ötən ilin 11 ayında Azərbaycanda 2930 əkiz və 93 üçəm doğulub

Azərbaycan.media xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 88 135 körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 10,1-dən 9,4-ə azalıb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının isə 46,9 faiz təşkil edib. Həmin dövrdə 2930 əkiz, 93 üçəm dünyaya gəlib.

Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54 582 ölüm halı qeydə alınıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə 5,7-dən 5,8-ə yüksəlib.