Azərbaycan.media xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada (MEK) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Sərgidə “Azadlıq carçıları”, “Azərbaycan faciələrinin təqvimi”, “Tarixin qan yaddaşı”, “İstiqlal ulduzları”, “Qan borcu”, “20 yaşlı Yanvar”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Şəhidlərimiz – qürur yerimiz” və “Azərbaycana qarşı soyqırımı gerçəklikləri” adlı nəşrlər nümayiş olunur.
Sərgidə həmçinin 20 Yanvar faciəsinə həsr edilmiş metodik vəsaitlər və kitablar, o cümlədən “Yanvar təlatümü”, “20 Yanvar – qan yaddaşımız”, “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” və “Qara gündəlik” yer alıb. Bundan başqa, 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərə həsr olunmuş “Vətən” poeması, “Məni anama çatdırın” tarixi-bədii əsəri, “Şəhidlər dastanı” və digər nəşrlər də təqdim olunub.
