🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

Şeyx Zayed Fondunun rəsmi məlumatına görə, mükafat İlham Əliyevə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.

2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib. Münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib ki, bu seçim dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və qlobal sülhün irəliləməsi baxımından mühüm diplomatik nailiyyətdir.

Mükafatlar fevralın 4-də BƏƏ-nin Əbu-Dabi şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.