Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq əməkdaşları şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, ölkənin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.
