Azərbaycan.media xəbər verir ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql olunub. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma deməkdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəql edilən qazın 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmər “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qazın ixracı üçün istifadə olunur.
Hesabat dövründə bu boru kəməri ilə 23 143,9 mln. kubmetr qaz ötürülüb ki, bu da əvvəlki ilə nisbətən 1,3% artımı göstərir.
