🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kirill Dmitriyev Davosda ABŞ nümayəndələri ilə görüşəcək

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

Bu barədə “Axios” jurnalisti Barak Ravid mənbəyə istinadən “X” sosial şəbəkəsində bildirib. Tərəflərin görüşündə Ukrayna ilə bağlı ABŞ-ın sülh planı müzakirə olunacaq.

Həmçinin, Dmitriyev bu həftə Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcək. “Reuters”in Rusiya və MDB üzrə bürosunun rəhbəri Qay Folkonbric məlumat verib ki, Dmitriyev ABŞ nümayəndə heyətinin üzvləri ilə bir sıra görüşlər keçirmək məqsədilə səfərə çıxır.