🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda su çiçəyinə yoluxmada artım qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda əhali arasında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 11 ayı ərzində su çiçəyinə yoluxma hallarında artım müşahidə olunub.

 Dövlət Statistika Komitəsi bildirir ki, bu dövrdə həm də brusellyoz, kəskin hepatit B və qoturluq xəstəliklərinə yoluxmada artım qeydə alınıb.

Ötən il ən çox rast gəlinən xəstəliklər arasında tənəffüs və həzm orqanları xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəliklər, sidik-cinsiyyət sistemi xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, eləcə də qan və qanyaradıcı orqanlarla bağlı pozğunluqlar üstünlük təşkil edib.