Azərbaycan.media xəbər verir ki, Lerik rayonuna yağan güclü qar səbəbindən bir sıra kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Rayon mərkəzində qarın hündürlüyü 40 sm, dağlıq ərazilərdə isə 80 sm-ə çatıb.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda Lənkəran-Lerik yolu açıqdır:
“Kəndlərin rayon mərkəzi ilə əlaqəsi hündür nəqliyyat vasitələri ilə təmin edilir. Təbii qaz və su təchizatında problem yoxdur, lakin elektrik enerjisinin verilişində müəyyən fasilələr müşahidə olunur. Səhər saatlarında 35/10 kV-luq hava xəttində yaranmış nasazlıq aradan qaldırılıb, amma hazırda 80 kənddə elektrik enerjisi yoxdur. Günün sonuna qədər həmin kəndlərə enerji verilişinin bərpası istiqamətində işlər davam etdirilir”.
Qeyd edək ki, rayon ərazisində qar hələ də intensiv şəkildə yağa davam edir.
