Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanda 50 milyard 915,8 milyon kubmetr təbii qaz hasil olunub.
Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu həcmin 38 milyard 881,7 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1 %, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.
Ötən il ölkədə 27 milyon 679,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 616,1 min tonu əmtəəlik xam neftin payına düşür. Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü illə müqayisədə müvafiq olaraq 4,7 % və 4,8 % azalıb.
Oxundu: 24
