Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında “Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti xidməti minik avtomobillərinin satın alınması ilə bağlı tender elan edib.
Mərkəzin yeni nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə müsabiqənin ümumi məbləği 3 037 320 AZN təşkil edir.
Tender çərçivəsində Konqres Mərkəzə sedan tipli, 5 yerli hibrid avtomobilin alınması nəzərdə tutulub.
