🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda əhalinin bank əmanətləri 13,7% artıb

Azərbaycan.media xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin ümumi məbləği 2025-ci ilin dekabr ayının 1-nə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 16 milyard 181,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 68 faizi milli, 32 faizi isə xarici valyutada yerləşdirilib. Milli valyutada olan əmanətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz, xarici valyutada olan əmanətlər isə 6,5 faiz artıb.