Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Oxundu: 30
