🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hövsan və Gədəbəydə dəm qazından ölüm halları qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, yanvarın 17-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində dəm qazından ölüm faktı baş verib.

Belə ki, saat 11 radələrində qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Müseyib oğlu Ağayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Digər analoji hadisə həmin gün Gədəbəy rayonunda qeydə alınıb. Saat 22 radələrində rayonun Zəhmət kənd sakini, 1972-ci il təvəllüdlü Rəxşəndə Xanlar qızı Rzayeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.