Eşq də boğur, yaş da boğur rəngimi
Ayrılıqdan tez başlayır ayrılıq….
Qış başlayır yaz başlayır ayrılıq..
Yağış tökür,qar yağdırır üstümə
Hər nəfəsdə eşq də durur qəsdimə.
Hər nəfəsdə slzıldayır ciyərim
Eşq də boğur,yaş da boğur rəngimi.
Sən gedirsən…
yepyenidi hər dəfə
Sən gəlirsən…
səngimir ki,ayrılıq…
Çoxu gəlib ümid verir uşaqtək
Elə bil ki,oyuncağım sınıbdı..
Bir baxıram qoynumdadı əllərim
Bir də görrəm barmaqlarım yanıbdı…
Ayrılıqdan tez başlayır gec bitir
Ömürdən də uzun olur ayrılıq.
Saçaq-saçaq,düzüm-düzüm tellənir..
Saçlarımda hüzn olur ayrılıq…
…Qanı elə tez qaynayır qanıma,
Ondan qabaq dərdi alır canımı…
Əlim qolum sınıb düşür yanıma..
..Ayrılıqdan tez başlayır ayrılıq…
Müəllif: Şahnaz Şahin
Mənbə: Azərbaycan.media
