🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan.media xəbər verir ki, diplomatik korpusun Azərbaycanda akkreditə olunmuş nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.