Azərbaycan.media xəbər verir ki, bu gün ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, ölkədə yağıntılı hava şəraiti davam edir; bəzi yerlərdə sulu qar və qar yağır. Ayrı-ayrı ərazilərdə yağıntının intensivliyi yüksəkdir.
Yağan qarın hündürlüyü bəzi bölgələrdə belədir:
-
Əlibəy (Zaqatala) və Lerik – 39 sm
-
Şahbuz – 35 sm
-
Kəlbəcər – 32 sm
-
Sarıbaş (Qax) – 30 sm
-
Laçın və Qubadlı – 23 sm
-
Yardımlı – 20 sm
-
Kişçay (Şəki) – 19 sm
-
Xızı – 18 sm
-
Xaltan – 16 sm
-
Qrız – 15 sm
-
Şuşa – 13 sm
-
Şamaxı, Qobustan və Laza (Qusar) – 12 sm
-
Xınalıq – 10 sm
-
Xankəndi – 9 sm
-
Şahdağ – 7 sm
-
Quba – 6 sm
-
İsmayıllı, Xocalı – 5 sm
-
Ceyrançöl, Sədərək – 4 sm
-
Füzuli – 3 sm
-
Qəbələ, Gədəbəy – 1 sm
Düşən yağıntının miqdarı isə Cəlilabadda 38 mm, Astarada 37 mm, Lənkəranda 32 mm, Neftçala və Cəbrayılda 16 mm, Bakıda və Abşeron yarımadasında 8 mm, Naxçıvanda 1 mm və digər rayonlarda fərqli səviyyədə qeydə alınıb.
Bir sıra ərazilərdə qərb küləyi əsir, maksimal sürəti:
-
Neftçala – 20 m/s
-
Goranboy – 19 m/s
-
Naftalan – 18 m/s
-
Biləsuvar – 16 m/s
Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu:
-
Bakı və Abşeron yarımadasında – 2°C
-
Aran rayonlarında – 3°C
-
Naxçıvan MR-da – 10°C
-
Dağlıq rayonlarda – 12°C şaxta
Hava şəraiti və güclü külək səbəbindən sürücülər və piyadalar diqqətli olmalıdır.
