Azərbaycan.media xəbər verir ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Bakı Metropoliteni QSC açıqlama verib. Bildirilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar” stansiyası ilə yanaşı, Şəhidlər xiyabanına yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq.
Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
