Azərbaycan.media xəbər verir ki, 2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulur.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda keçirilən mətbuat konfransında açıqlayıb. Konfransda 2025-ci ilin yekunları və qarşıda duran hədəflər müzakirə olunub.
V.Behbudov bildirib ki, eyni zamanda bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması üçün işlər aparılır:
“Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır”, – deyə o bildirib.
Oxundu: 20
