Azərbaycan.media xəbər verir ki, bu gün keçirilən hərraclarda Avropada 1 000 kubmetr qazın qiyməti 415 ABŞ dollarına qədər düşüb.
“APA-Economics”in məlumatına görə, 19 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 415,3 dollar təşkil edib. Bu, əvvəlki qiymət olan 442,8 dollara nisbətən 6,2% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqli həyata keçirilir.
