Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini gətirilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Yaqub Daşdəmirli bu vəzifəyə təyin edilib.
Bildirilib ki, Y.Daşdəmirli bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd olunur ki, o, bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə təyin olunub.
