Azərbaycan.media xəbər verir ki, Qərb ölkələrinin liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri yanvarın 19–23-də keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Davosda planlaşdırılan görüşün gündəliyinə Qrenlandiya məsələsini daxil ediblər.
Bu barədə “Financial Times” nəşri mənbələrə istinadən yazıb. Bildirilir ki, ilkin mərhələdə sözügedən görüşün əsasən Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu.
Lakin sonradan planlara dəyişiklik edilib və müşavirlərin Qrenlandiya ilə bağlı məsələləri də müzakirə etməsi qərara alınıb.
Qeyd olunur ki, Qərb ölkələrinin milli təhlükəsizlik üzrə müşavirlərinin bu mövzuda danışıqları yanvarın 19-da baş tutacaq.
Oxundu: 27
