🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İspaniyada iki sürətli qatarın relsdən çıxması: ölənlərin sayı 21-ə çatıb

Azərbaycan.media xəbər verir ki, İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

Qəzada təxminən 100 nəfər yaralanıb, onlardan 25-nin vəziyyəti ağırdır. Qatarların birində təxminən 300, digərində isə 100 sərnişin olub.

Hadisə İspaniyanın Kordova əyalətində baş verib. İlk məlumatlarda iki ölüm və bir neçə xəsarət olduğu bildirilsə də, son açıqlamalara görə, faciə nəticəsində ölənlərin sayı artıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.