Azərbaycan.media xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra yenidən teatr səhnəsinə dönəcək.
Aktrisa Akademik Musiqili Teatrda nümayiş etdiriləcək “Zal qızı Zalxa” tamaşasında rol alacaq. Səhhətindəki problemlərə görə uzun müddət səhnədən uzaq qalan sənətçi yanvarın 30-da tamaşaçılarla görüşəcək.
Bildirilib ki, tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin musiqisi əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsusdur.
Xatırladaq ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəliklə mübarizə apardığını və ayaqlarında ciddi sağlamlıq problemləri olduğunu açıqlamışdı.
Oxundu: 56
